Yeni Zelandiyada yarım əsr əvvəl nəsli kəsildiyi düşünülən quş tapıldı

DÜNYA
18:29 / 16.07.2025
61

Yeni Zelandiyada 50 il sonra ilk dəfə Pukupuku adlanan, həmçinin "cırtdan kivi" və ya "xallı cırtdan kivi" kimi tanınan ən nadir kivi növünün canlı nümayəndəsi aşkar edilib. 

HİT.az xəbər verir ki, yerli Təbiəti Mühafizə Xidmətinin məlumatına görə, bu balaca və çox nadir quşun dişisi Cənub adasının qərb sahilində ovçu tərəfindən təsadüfən görülüb.

Kivilər Yeni Zelandiyanın milli simvoludur və dünyanın ən kiçik uçmayan quşlarıdır. Onların görmə qabiliyyəti zəifdir, daimi burun tıxanıqlığından əziyyət çəkir və kəskin iyə malikdirlər.

Quşun tapılması barədə məlumat alındıqdan sonra çətin keçilən vəhşi təbiət ərazisinə "Bru" ləqəbli təlim keçmiş iti ilə reyncer İan Qrehm yollanıb.

Qrehm deyib: "İlk gecə kivinin səslərini eşitdim və dərhal başa düşdüm - bunlar digər növlərdən fərqlidir".

Bir neçə gün dağlıq ərazini tərətdikdən sonra nəhayət dişi kivini tapıb və genetik təhlil üçün onun bir neçə lələyini toplayıb.

Kivi Bərpası Qrupu təşkilatının rəhbəri Emili Kinqin sözlərinə görə, bu tapıntı demək olar ki, möcüzədir, çünki belə bir quşun materikdə son dəfə 1978-ci ildə görülmüşdü. O vaxtdan bəri cırtdan kivini tapmaq cəhdləri nəticəsiz qalırdı - indi isə mütəxəssislər bu növün hələ də xilas edilə biləcəyinə ümid bəsləyirlər.

Samir

0