Çində iş tapa bilməyən fəlsəfə doktoru kuryer işləyir

DÜNYA
23:18 / 16.07.2025
60

Oksford magistr dərəcəsi alan çinli bir fəlsəfə doktoru kuryer işləməyə başlayıb.

HİT.az bu barədə "Asia One" portalına istinadən xəbər verir.

Sinqapurun Nanyanq Texnoloji Universitetində Oksford magistr dərəcəsi və PhD dərəcəsinə sahib olan Dinq Yuanzhao 2023-cü ilin martında müqaviləsi bitdikdən sonra işsiz qalıb. İş tapmaq üçün çoxsaylı cəhdlərə baxmayaraq, çox müsahibədə ona rədd cavabı verilib.

"Mən təcrübəmin bu cür iş axtarışı ilə bitəcəyini gözləmirdim", deyə Dinq bildirib.

Nəticədə 39 yaşlı kişi ilk olaraq Sinqapurda kuryer kimi işləməyə başlayıb və burada 10 saatlıq iş günü üçün həftədə təxminən 700 dollar qazanır. Daha sonra o, Pekinə köçüb və indi burada ən böyük çatdırılma platformalarından birində işləyir. Karyerasında belə gözlənilməz dönüş olsa da, Dinqin heç bir şikayəti yoxdur:

"Bu, sabit bir işdir. Bu gəlirlə ailəmi dolandıra bilərəm. Əgər çox çalışsan, dolanacaq qədər qazana bilərsən. Bu pis iş deyil".

O, həmçinin qeyd edib ki, yeməklərin çatdırılması ona işi sevimli məşğuliyyəti - qaçışla birləşdirməyə imkan verir. Onun sözlərinə görə, peşənin üstünlüyü daim hərəkət etmək və təmiz havada olmaq imkanıdır.

Dinqin hekayəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Çoxları onun qətiyyətinə və reallığı olduğu kimi qəbul etmə qabiliyyətinə heyran qalır. Digərləri onun seçimini çevikliyin və yüksək rəqabətli əmək bazarına uyğunlaşmaq istəyinin simvolu kimi görürlər.

İndi Yuanzhao kuryer kimi işləməyə davam edir və bu işdə sabitlik, məna və hətta həzz aldığını söyləyir.

Samir

0