İtaliyanın Liquriya regionundakı məşhur Portofino sahil qəsəbəsi yay mövsümünün başlanğıcı ilə birlikdə diqqətçəkən bir sıra qadağalar elan edib.
HİT.az "The Sun" qəzetinə istinadən xəbər verir ki, rəngarəng dar küçələri və turistik cazibəsi ilə tanınan qəsəbədə 15 iyuldan etibarən aşağıdakı qadağaları qoyub:
* Ayaqyalın gəzmək
* Çimərlik paltarı ilə ictimai yerlərdə gəzintiyə çıxmaq
Qaydaları pozanlara 26-500 avro sterlinq arası cərimə kəsiləcək.
Qadağalar yalnız küçələrlə məhdud deyil: Portofino meydanında da eyni qaydalar tətbiq olunacaq.
Digər qadağalar:
* Küçədə alkoqol istifadə etmək
* Piyada yollarında və ya divarlarda oturmaq
* Yaşıllıqlarda uzanmaq
* İctimai yerlərdə piknik etmək
Qaydalar 30 sentyabra qədər qüvvədə qalacaq.
Səlahiyyətlilər artan turist axını səbəbilə qəbul edilən tədbirlərin qəsəbənin sakitliyini və ziyarətçilərin rahatlığını qorumağı hədəflədiyini açıqlayıb. Yay aylarında əhalisi 400 nəfərdən 100 minə qədər artan qəsəbədə ictimai asayişin təmin edilməsi üçün bu qaydaların vacib olduğu vurğulanıb.
Samir