NATO Kalininqrad vilayətini yer üzündən silməklə hədələyir

DÜNYA
13:49 / 17.07.2025
71

"NATO ölkələrinin Rusiyanın Kalininqrad vilayətini məhv etmək üçün hər cür imkanları var".

HİT.az xəbər verir ki, bu bəyanatla ABŞ ordusunun Avropa və Afrikadakı komandanı, general Kristofer Donahu çıxış edib.

Hərbçi Almaniyanın Visbaden şəhərində keçirilən konfransda çıxış edərək, ABŞ ordusu və NATO müttəfiqləri tərəfindən alyans daxilində hərbi-sənaye potensialının gücləndirilməsini nəzərdə tutan Şərq cinahının qarşısının alınması xətti planının həyata keçirildiyini açıqlayıb: 

"Söhbət Rusiya təhlükəsindən gedir və NATO ölkələri məlumat bazaları, raket buraxılış qurğuları və bulud sistemləri üçün ümumi standartların hazırlanması üzrə səyləri gücləndirməyi planlaşdırır".

Donahu bildirib ki, Rusiya Federasiyasının Kalininqrad bölgəsi hər tərəfdən NATO-ya üzv ölkələr tərəfindən əhatə olunub: 

"İndi ABŞ Ordusu və müttəfiqləri onu eşidilməmiş bir zamanda və bizim indiyə qədər bacarmadığımız qədər tez yer üzündən silmək imkanına malikdir".

Onun sözlərinə görə, bu, artıq planlaşdırılıb və inkişaf edilib.

Samir

0