16 və 17 yaşlı britaniyalılar parlament seçkilərində səs verəcək

DÜNYA
15:13 / 17.07.2025
72

Böyük Britaniya hakimiyyəti 16 və 17 yaşlı gənclərə ümumi parlament seçkilərində səs verməyə icazə verib. 

HİT.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Rayner məlumat verib.

Onun sözlərinə görə, hakimiyyət seçkilərdə iştiraka maneələrin aradan qaldırılması üçün addımlar atır. Müvafiq qərar daha çox vətəndaşa Britaniyanın demokratik proseslərində iştirak etməyə imkan verəcək.

Siyasətçi vurğulayıb ki, Leyboristlər Partiyası hökuməti bununla da yeniyetmələrə hüquq hüququ verməklə bağlı seçki vədini yerinə yetirir. Müvafiq təklif yaxın vaxtlarda parlamentə təqdim olunacaq.

"Sky News" qeyd edir ki, krallıqda səsvermə yaşı sonuncu dəfə 1969-cu ildə - 21-dən 18-ə endirilib. Hazırda 16 və 17 yaşlı Britaniya vətəndaşları Şotlandiya və Uelsdə yerli seçkilərdə səs vermək hüququna malikdir. Yeni qanunun qəbulundan sonra İngiltərə və Şimali İrlandiya sakinləri də yerli səsvermədə iştirak edə biləcəklər.

Samir
 

0