İyun ayında ABŞ tərəfindən bombardman edilən İranın üç nüvə obyektindən yalnız biri tamamilə dağıdılıb, digərləri isə o qədər də pis zədələnməyib və bu, Tehrana nüvə tədqiqatlarını bərpa etməyə imkan verir.
HİT.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC telekanalı məlumat yayıb.
"ABŞ-ın keçən ay vurduğu İranın uranın zənginləşdirilməsi üzrə üç obyektindən biri demək olar ki, tamamilə dağıdılıb və bu, işin sürətini xeyli ləngidib. Bununla belə, digər iki obyekt o qədər də böyük ziyan görməyib", deyə telekanalın açıqlamasında bildirilir.
Qeyd olunur ki, İran istəsə uranın zənginləşdirilməsi yaxın bir neçə ay ərzində bərpa oluna bilər.
Bundan əvvəl həmin telekanal xəbər vermişdi ki, Tehran nüvə sazişi üzrə ABŞ prezidenti Donald Trampın administrasiyası ilə danışıqları bərpa etməyə razılıq verməsə, ABŞ İranın daha az zədələnmiş iki nüvə obyektinə əlavə zərbələr endirmək imkanını müzakirə edir.
İyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. Onun sözlərinə görə, İranın əsas uranın zənginləşdirilməsi obyektləri tamamilə və tamamilə məhv edilib.
Samir