Şimali Koreya yeni dəniz estakadasının tikintisini başa çatdırdı - TƏHLÜKƏ

DÜNYA
14:18 / 18.07.2025
60

Şimali Koreyanın ən son casus peyk buraxılışlarının və digər raket sınaqlarının keçirildiyi əsas raket stansiyasında yeni dəniz estakadasının tikintisi başa çatıb. Bunu ICEYE-nin peyk şəkilləri sübut edir.

HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Şəkillərdə görünən Soxae peyk buraxma stansiyasındakı pirs, əvvəllər dəmir yolu ilə mümkün olandan daha böyük raket komponentlərinin daşınmasına imkan verir", deyə Reuters agentliyinin əldə etdiyi ICEYE-nin nəticələrində qeyd olunur.

Beləliklə, daha böyük komponentlər bu platformada daha uzaq məsafələrə çata bilən raketlərin yerləşdirilməsini təmin edəcək. Daha böyük komponentlər bu platformada daha uzaq məsafələrə çata bilən raketlərin yerləşdirilməsini təmin edəcək.

"Reuters" xatırladır ki, KXDR lideri Kim Çen İn 2022-ci ildə Soxae obyektini yoxlayıb və müxtəlif raketlərin, o cümlədən hərbi casus peykləri daşıya bilən raketlərin buraxılması imkanını təmin etmək üçün onun modernləşdirilməsini və genişləndirilməsini əmr edib.

Qeyd olunur ki, obyekt peyki orbitə çıxarmaq, həmçinin raket mühərrikləri və kosmik raket-daşıyıcılar daxil olmaqla müxtəlif raket komponentlərinin sınaqdan keçirilməsi üçün istifadə edilib. Cənubi Koreya və ABŞ rəsmilərinin sözlərinə görə, bu komponentlər qitələrarası ballistik raketlərdə istifadə olunan texnologiyalara bənzər texnologiyalar tələb edir.

Bundan əlavə, 9 iyul tarixli şəkildə yeni tikilmiş bir liman və gəmilərlə pirs də görünür, bu da potensial fəaliyyət statusuna işarədir. ICEYE-yə görə, bu Soxae-nin logistik imkanlarını gücləndirməyə kömək edə biləcək bir əlamətdir.

ICEYE əlavə edib ki, pirsin inkişafı və tikintisinin başa çatdırılması təxminən 28 ay çəkib.

Öz növbəsində Cənubi Koreya rəsmiləri vurğulayıb ki, Moskva ilə artan hərbi əlaqələr çərçivəsində Şimali Koreya, Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləmək üçün hərbi qüvvələr göndərmək müqabilində, çox güman ki, öz peyk proqramında Rusiyadan kömək alır.

Samir

0