Çexiya kommunizm təbliğatını qadağan etdi

DÜNYA
15:15 / 18.07.2025
53

Çexiya “kommunizm təbliğatını” qadağan edən qanun qəbul edib. 

HİT.az xəbər verir ki, qanunu ölkə prezidenti Petr Pavel imzalayıb.

Qeyd olunur ki, kommunist hərəkatlarının yaradılması və onların dəstəklənməsi indi 5 ilə qədər həbslə cəzalandırıla bilər. Qadağa artıq Bohemiya və Moraviya Kommunist Partiyası tərəfindən tənqid edilib və bildirib ki, hakimiyyət təşkilatı qanundan kənara çıxarmağa və müxalifəti qorxutmağa çalışır.

Çexiya hakimiyyəti bir neçə ildir ki, sovet mirasına qarşı mübarizə aparır. 2020-ci ildə Praqada SSRİ marşalı İvan Konevin abidəsi sökülüb. Söküntü zamanı bir qrup yerli fəal bunun qarşısını almağa çalışsa da, ətraf polis tərəfindən mühasirəyə alınıb. Rusiyanın Praqadakı səfirliyi Çexiya Xarici İşlər Nazirliyinə etiraz edib və Moskvanın cavabını vəd edib. Çexiya Senatı sovet xadimlərinin xatirəsini COVID-19 koronavirus pandemiyası ilə müqayisə edib.

Konev abidəsi 9 may 1980-ci ildə açılıb və heykəltəraş Zdenek Kribus və memar Vratislav Ruziçkanın əsəridir.

Samir

0