"Debil. Bir halın öyrənilməsi" adlı kitabın satışı dayandırıldı

DÜNYA
16:16 / 18.07.2025
58

Polşada prezident Andjey Duda haqqında yazılmış "Debil. Bir halın öyrənilməsi" adlı kitabın satışı müvəqqəti olaraq dayandırılıb. 

HİT.az xəbər verir ki, bu barədə Polşanın "Onet" portalı məlumat yayıb.

Kitab ölkə üzrə "Empik" kitab mağazaları şəbəkəsinin rəflərindən yığışdırılıb. Satışın dayandırılması Polşa Cinayət Məcəlləsinin 135-ci maddəsinin mümkün pozuntusu ilə bağlı edilən müraciətlərlə əlaqələndirilir. Həmin maddə dövlət başçısının təhqirinə görə məsuliyyət nəzərdə tutur.

"Hazırda yoxlama aparılır. Onun nəticələrindən asılı olaraq satışın bərpası barədə qərar veriləcək", deyə "Empik" nümayəndəsi Anna Qut-Mostova bildirib.

Samir
 

0