Marsın sirli üzü və digər qəribəliklər: Elm yoxsa illüziya?

DÜNYA
22:53 / 21.07.2025
40

Qırmızı Planet təkcə quraq bir səhra deyil; eyni zamanda qonaq etdiyi təbiət möcüzələri və optik illüziyalarla bizi heyrətə salmağa davam edir. Mars Günəş Sistemindəki ən böyük vulkan olan Olympus Monsa və planetin demək olar ki, 40%-ni əhatə edən nəhəng Borealis hövzəsinə malikdir. Lakin səthdəki kəşflərdə rast gəlinən bəzi görüntülər elmi marağın yanında sui-qəsd nəzəriyyələrini də özü ilə gətirir.

HİT.az xəbər verir ki, 1976-cı ildə NASA-nın Viking 1 orbiti Marsın Cydonia bölgəsindən Yerə diqqət çəkən bir görüntü göndərdi. Görüntüdə yerdən yüksəlirmiş kimi görünən nəhəng bir insan üzü var idi. Bu vəziyyət bəzi nəzəriyyəçilərin Marsda qədim bir sivilizasiyanın izlərini axtarmasına səbəb olub.

378425

Lakin bu "üz" əslində o andakı işıq və kölgələrin yaratdığı bir optik illüziyadan başqa bir şey deyildi. İllər sonra Mars Kəşfiyyat Orbitinin çəkdiyi yüksək keyfiyyətli görüntülər bu quruluşun əslində "mesa" (geniş və düz təpəli təpə) adlanan təbii formasiya olduğunu göstərib.

2020-ci ildə bir "YouTuber" NASA-nın Curiosity roverinin çəkdiyi bir şəkildə qorillaya bənzəyən bir fiqur və onun balasını gördüyünü iddia etdi. Bəzi istifadəçilər isə bu formanı ayıya, hətta bir heykələ bənzədib. Lakin həqiqət daha sadə idi: Sadəcə təsadüfi yerləşmiş qayalar idi.

378426

Bu cür yanılmalar beynimizin tanış fiqurları təsadüfi formalarda görməyə meylli olmasından qaynaqlanır. Pareidoliya kimi tanınan bu psixoloji fenomen cansız obyektlərdə üzlər və ya fiqurlar görməyimizin əsas səbəbidir və Mars kimi sirrlərlə dolu yerlərdə tez-tez qarşımıza çıxır.

2022-ci ilin may ayında Curiosity tərəfindən çəkilən başqa bir görüntü sui-qəsd nəzəriyyəçilərini həyəcanlandırıb. Görüntüdə bir qayanın üzərində, sanki bir tikintiyə məxsusmuş kimi görünən qapıya bənzər bir boşluq nəzərə çarpır.

378427

Lakin alimlər bu formalaşmanın çox güman ki, təbii qaya quruluşları, kölgələr və baxış bucağının birləşməsi ilə yaranan adi bir geoloji forma olduğunu bildirdilər. Mars məbədi nəzəriyyələri bu məntiqli izahın yanında olduqca zəif qalır.

1972-ci ildə NASA-nın Mariner 9 sondası Marsın cənub qütbünə yaxın Angustus Labyrinthus bölgəsində, xalq arasında "İnka Şəhri" kimi tanınan yerdə hörümçəyi xatırladan formalar müəyyən edib.

378428

İlk baxışda qorxuducu görünsə də, bu quruluşlar "Mars taran-tulaları" ilə heç bir əlaqəsi olmayan təbii formalaşmalardır. Kieffer modeli adlanan elmi izaha görə, günəş şüaları qışda səthdə toplanmış karbon qazı buzunu qaza çevirir. Qaz çıxış yolları axtararkən buz səthini çatladır və bu hörümçəyə bənzər çatlar meydana çıxır.

378429

Hər Mars görüntüsü bir illüziya deyil. 2024-cü ildə NASA-nın Perseverance roveri Jezero kraterində bu günə qədər görülməmiş heç bir qayaya bənzəməyən, zolaqlı bir qaya kəşf edib.

Alimlər bu qayaya Freya Qalası adını verdilər, lakin xalq arasında "Zebrə Qayası" kimi tanınır. Qayanın necə formalaşdığına dair dəqiq məlumat hələ yoxdur. Lakin zolaqların keçmişdəki maqmatik (magmadan əmələ gələn) və ya metamorfik (dəyişmə prosesləri nəticəsində əmələ gələn) proseslərin izləri ola biləcəyi güman edilir.

Samir

0