ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynaya hərbi yardımın göstərilməsini müzakirə edən Ramştayn onlayn iclasında iştirakdan imtina edib.
HİT.az xəbər verir ki, bbarədə “Strana.ua” nəşri məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, iclasda hərbi idarələrin rəhbərləri və ya onların müavinləri səviyyəsində 52 ölkə təmsil olunur. Müzakirələrdə Pentaqonun rəhbərinin də iştirak edəcəyi gözlənilirdi, lakin Vaşinqtonu NATO-dakı səfir Metyu Uitaker təmsil edir.
İclasda Ukraynadan hazırkı müdafiə naziri Denis Şmıxal və onun sələfi Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edir.
İyulun 14-də ABŞ prezidenti Donald Tramp Ukraynaya yeni silah və texnika, o cümlədən “Patriot” zenit-raket kompleksləri göndərəcəyini vəd edib. Eyni zamanda, dövlət başçısı Vaşinqtonun Kiyevə neçə ədəd texnika ötürmək niyyətində olduğunu açıqlamayıb və xəbərdarlıq edib ki, Avropa İttifaqı (Aİ) nəqliyyat vasitələrinin dəyərini ödəməlidir.
Samir