ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Don Bekon bildirib ki, prezident Donald Trampın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi həyat yoldaşı Melaniya Trampın təsiri ilə dəyişib.
HİT.az-ın məlumatına görə, Bekon “The Hill”ə müsahibəsində deyib ki, Trampın həyat yoldaşı ona Ukraynadakı döyüşləri mütəmadi olaraq xatırladır.
"Düşünürəm ki, biz Melaniyaya təşəkkür etməliyik. Hətta prezidentin özü deyib ki, həyat yoldaşı hər gecə ona bomba partlayışını xatırladır", konqresmen deyib.
İyulun ortalarında Tramp arvadının Ukraynaya “Patriot” raketlərinin göndərilməsi qərarına təsir göstərməsi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib. O bildirib ki, həyat yoldaşı sadəcə olaraq Ukraynada axan qana son qoyulmasını istəyir.
İyulun 14-də Amerika prezidenti NATO ilə Ukraynaya silah tədarükü ilə bağlı razılıq əldə etdiyini açıqlayıb. Donald Tramp həmçinin Ukraynadakı münaqişə tərəflərinin 50 gün ərzində razılığa gəlmədiyi təqdirdə 100 faiz ikinci dərəcəli tariflər tətbiq etməyə hazır olduğunu bəyan edib. Tariflər Rusiya ilə iş aparan ölkələrə qarşı yönəldiləcək.
Samir