Sevgilisindən ayrılan 38 yaşlı qaın qocalar evinə köçdü

DÜNYA
21:57 / 22.07.2025
46

Uzunmüddətli münasibətini pozduqdan sonra avstraliyalı qadın qeyri-adi qərar verib - o, 38 yaşında qocalar evinə köçüb və bunu həyatının ən yaxşı qərarı adlandırıb.

HİT.az bu barədə "Oddity Central"a istinadən xəbər verir.

Adının açıqlanmasını istəməyən 38 yaşlı qadın partnyorundan ayrıldıqdan sonra iki ay bahalı mənzillərdə qalıb, şəhərdə münasib qiymətə ev tapmağa çalışıb. Bununla belə, onun ödəyə biləcəyi mənzillər tutqun olub və cəlbedici olmayıb. Gözlənilməz həll yolu tapıllb: qocalar evlərinin birində yaşayan xalası ilə görüşdə ona boş mənzil təklif olunub. Yaşın heç bir maneə olmayacağını öyrəndikdən sonra o, sınamağa qərar verib.

"İndi bu mənim əsl evimdir. Özümü heç vaxt kənar adam kimi hiss etməmişəm. Sürətin arxasınca getməyən və texnologiyadan asılı olmayan insanlar arasında yaşamaq mənə inanılmaz rahatlıq verdi. Bu, bir növ cənnətdir", deyə qadın şərh edib.

Avstraliyalı gündəlik həyatını ölçülüb-biçilmiş və məna ilə dolu kimi təsvir edir: səhər qəhvəsi, gəzintilər, qəzet oxumaq, yoqa dərsləri, velosiped sürmək və hər çərşənbə günü binqo oynamaq. Axşamlar ya evdə yemək bişirir, ya da yerli yeməkxanaya gedir, sonra isə eyvanda qonşularla saatlarla söhbət edir.

"Mən sakitləşdim, sadə şeyləri qiymətləndirməyi öyrəndim. Burada həyat prioritetlərimi yenidən nəzərdən keçirdim və qocalığa başqa gözlə baxdım. Məlum oldu ki, 70-80 yaşında aktiv, azad olmaq, dostluq etmək və yeni şeylər sınamaq olar", deyə o əlavə edib.

Samir
 

0