Hindistanda bir qadın birdən iki qardaşla evlənib.
HİT.az bu barədə "Gulf News"a istinadən xəbər verir.
Hindistanın Himaçal-Pradeş əyalətində unikal toy baş tutub: Hatti qəbiləsindən olan iki qardaş - Pradeep və Kapil Negi bir qadın - Sunita Çauhanla evlənərək qədim, lakin tədricən yoxa çıxan poliandriya ənənəsini canlandırıblar. Mərasim Trans-Giri rayonunun Şillai kəndində baş tutub və yüzlərlə qonağın toplaşdığı və geniş ictimai rezonansa səbəb olub.
Üç gün davam edən şənlik ənənəvi mahnılar, rəqslər və ayinlərlə müşayiət olunub. Toy qədim Yaida ayininə uyğun olaraq keçirilib: gəlin bəy evinə rəngarəng yürüşlə gəlib, burada yerli keşişin rəhbərliyi altında Sinc ayini icra edilib - mantralar, müqəddəs su və simvolik təqdimat ilə nikah üçün xeyir-dua.
Hindistan mətbuatının məlumatına görə, birlik qarşılıqlı razılıq əsasında bağlanıb.
"Mən bu ənənəni bilirdim və şüurlu şəkildə seçdim", deyə gəlin bildirib.
2022-ci ildə qeydiyyatda olduğu Hatti qəbiləsi bölgənin 450 kəndində yaşayan 300 minə yaxın insandan ibarətdir. Poliandriya tarixən Kinnaur və Jaunsar Bagar rayonlarında, o cümlədən ailə torpaqlarının və qəbilə daxilində dəstəyin qorunması forması kimi yayılıb.
Samir