"Universal Music" ABŞ-da səhmlərini satacaq

DÜNYA
19:59 / 22.07.2025
61

Dünyanın ən böyük səs yazma şirkəti "Universal Music Group" (UMG) ABŞ birjasında səhmlərinin təklif edilməsi üçün ABŞ Səhm Bazarı Komissiyasına (SEC) məxfi şəkildə müraciət təqdim etdiyini bildirib. 

HİT.az xəbər verir ki, şirkət təklif zamanı nə qədər vəsait cəlb etməyi planlaşdırdığını açıqlamayıb. Bununla belə, bəyanatda qeyd olunur ki, UMG ABŞ-da cari investorlara məxsus səhmləri təklif edəcək, təklifdən şirkətin özü gəlir əldə etməyəcək.

Bu bəyanatdan sonra UMG səhmlərinin qiyməti 2,1% artıb (Qeyd: UMG 2021-ci ildə Amsterdam birjasında IPO keçirmişdi).

UMG-nin bazar dəyəri 50,6 milyard avro təxmin edilir. Səhmlərinin qiyməti ilin əvvəlindən bəri təxminən 12% qalxdı. Şirkət dünya şou-biznesinin Kanıe Uest, Leydi Qaqa, Teylor Svift, Billi Ayliş, Lana Del Rey, Mayli Sayrus kimi ulduzlarını təmsil edir; ABBA, The Cure, Nirvana, Beastie Boys, Frank Sinatra, Kris Kornell və başqalarının musiqisinə müəllif hüquqlarına malikdir.

ABŞ birjasında siyahıya alınma elanı, UMG-nin investorlarından biri olan ABŞ milyarder Bill Ekmanın Pershing Square hedç fondu ilə yanvar ayında elan edilmiş razılaşmanın bir hissəsidir. Şirkətdə 3,3 milyard dollarlıq paya sahib olan Pershing Square, təklif zamanı ən azı 500 milyon dollar dəyərində səhm satmağı planlaşdırır.

Samir

0