"Coca-Cola" Trampın yolunu getdi: Şirkət yeni qazlı su buraxacaq

DÜNYA
17:39 / 22.07.2025
56

"Coca-Cola Co." şirkəti bu payız ABŞ istehsalı qamış şəkəri ilə yeni məhsul buraxmağı planlaşdırır. Bu bəyanat ABŞ Prezidenti Donald Trampın belə bir qərar haqqında açıqlamasından bir həftədən az müddət sonra səslənib.

HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Coca-Cola" onilliklər boyu ABŞ-də öz əsas məhsulunu şirələndirmək üçün qamış şəkərindən ucuz olan yüksək fruktozlu qarğıdalı şirəsindən istifadə edib. Lakin ABŞ-yə Meksikadan idxal olunan, qamış şəkəri ilə şirələndirilən daha bahalı versiya məşhur hala gəlib.

Eyni zamanda CFRA şirkətinin analitiki Arun Sundaram bildirib ki, "Coca-Cola"nın qarğıdalı şirəsini tamamilə öz məhsul sırasından çıxarması çox güman deyil: "Daha çox ehtimal olunan variant, qamış şəkəri ilə hazırlanmış yeni məhsul sırasının təqdim edilməsidir. Bu məhsulların istehsal dəyəri və pərakəndə satış qiyməti yəqin ki, daha yüksək olacaq".

"Coca-Cola" şənbə günü, 22 apreldə, II rüb üzrə satış və gəlir göstəricilərini açıqlayıb. Bu göstəricilər Wall Street-in gözləntilərini üstələyib, çünki istehlakçılar şirkətin qazlı içkiləri üçün daha yüksək qiymət ödəməyə davam edirlər. Bu il şirkətin səhmləri 13% artaraq S&P 500 indeksindən yüksək nəticə göstərib.

Samir

0