Fiona Hill: "Yeltsin SSRİ-ni məhv etdiyi kimi Tramp da ABŞ-ı məhv edir"

DÜNYA
20:20 / 22.07.2025
49

"Boris Yeltsinin SSRİ-nin dağılmasına töhfə verdiyi kimi ABŞ prezidenti Donald Tramp da öz ölkəsini məhv edə bilər". 

HİT.az xəbər verir ki, bu fikri ABŞ prezidentinin keçmiş köməkçisinin müavini, Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya məsələləri üzrə baş direktoru Fiona Hill "The New York Times" (NYT) qəzetinə müsahibəsində bildirib.

"Yeltsin Sovet İttifaqını məhv etdiyi kimi Tramp da ABŞ-ı məhv edir", deyə Hill qeyd edib.

O, əlavə edib ki, Tramp administrasiyasının siyasəti fəaliyyət hissi yaradır, lakin reallıqda onun həyata keçirdiyi islahatlar heç nəyi düzəltmir, bəzi hallarda isə kifayət qədər dağıdıcı olur.

Hill bu halda populizmin son dərəcə mürəkkəb problemlərin tez həllini təklif etməli olduğu fikrini ifadə edib.

Samir

0