Vəhşi heyvanlar Ukrayna şəhərlərinə girməyə başlayıb: "Qorxu tamamilə yox olub"

DÜNYA
21:57 / 23.07.2025
45

Ukraynada tammiqyaslı müharibə başlayanda vəhşi heyvanlara ov qadağan edilib. Buna görə onların populyasiyaları artıb və heyvanlar məskunlaşım yerlərində daha tez-tez görünməyə başlayıb. 

HİT.az xəbər verir ki, bunu "Qlavkom"a verdiyi şərhtə İ.İ. Şmalhauzen Adına Zoologiya İnstitutunun Ukraynanın ov resurslarının tədqiqi üzrə elmi qrupunun rəhbəri, biologiya elmləri namizədi, dosent Vitali Smahol deyib.

"Vəhşi heyvanlar özlərini daha təhlükəsiz hiss etdilər. Təbii ki, dəyişikliklər baş verdi – birincisi, onların sayı artdı. İkincisi, insanlardan qorxmağı itirdilər. Davranış sterotipləri dəyişdi – heyvanlar şəhərlərə çıxmağa başladılar və artıq insanlardan qorxmurlar", deyə alim izah edib.

O, son zamanlar Ukraynanın bir çox şəhərində, o cümlədən Kiyevdə vəhşi heyvanların görüldüyünü xatırlatdı: "Son iki il ərzində marallar Obolonda, Çernihivska metro stansiyası rayonunda, Livoberejna tərəfdən Cənub Körpüsündə qeydə alınıb, baxmayaraq ki, orada ümumiyyətlə heç bir meşə massivi yoxdur".

Alimin sözlərinə görə, belə hallarda vəhşi heyvanlar nadir hallarda insanlara qarşı aqressiya göstərsə də, müəyyən təhlükə hələ də mövcuddur.

Mütəxəssis izah edib: "Əgər tülkü yaşayış yerinə yaxınlaşır və aqressiv davranırsa, 50%-dən çox ehtimalla deyə bilərəm ki, quduzdur. Quduz isə müalicə olunmur, bu 100% ölümcül xəstəlikdir. Belə bir heyvanı, bağışlayın, güllələmək lazımdır".

O, xatırladıb ki, nəinki tülkülər, həm də digər vəhşi heyvanlar quduz daşıyıcısı ola bilər. Bu xəstəlik həmçinin vəhşi pişikləri, itləri və çaqqalları da yoluxdura bilər. İnsanların təhlükəsizliyi üçün dövlət vəhşi heyvanların sayını tənzimləməlidir.

Samir
 

0