Dəhşətli hadisə: "Öldü" deyilən adam 30 dəqiqə sonra dirildi!

DÜNYA
21:18 / 23.07.2025
47

İtaliyanın Tarquinia şəhərində tibb dünyasını heyrətə salan bir hadisə baş verib. 

HİT.az xəbər verir ki, ürəyi iki dəfə dayanan və həkimlər tərəfindən "ölü" elan edilən 78 yaşlı kişi, təxminən 30 dəqiqə sonra yenidən həyata qayıdıb.

Yaşlı kişi evinin qarşısında xərəyə qoyularaq təcili yardım maşınına yerləşdirilib. Həkimlər, tibb bacıları və ailə üzvləri tabutu gözləyərkən hamını şoka salan inkişaf baş verib. "Öldüyü" deyilən kişi qəflətən gözlərini açıb, hərəkət etməyə başlayıb və "Uşaqlarım hardadır?" sualını verib.

İtaliya mətbuatına görə, həyata qayıdan kişi dərhal ən yaxın xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin stabil olduğu və ətrafı ilə normal ünsiyyət qura bildiyi bildirilir.

Mütəxəssislər bu fövqəladə vəziyyəti "Lazarus sindromu" adlandırırlar. Tibbi terminologiyada bu sindrom, ürəyi dayanmış və həyat əlaməti göstərməyən insanların qısa müddət ərzində heç bir müdaxilə olmadan yenidən həyata qayıtması mənasını verir.

Lazarus sindromunun necə baş verdiyinə dair dəqiq bir izahat olmasa da, bəzi həkimlər ürək masajı zamanı sinədə toplanan havanın və ya tətbiq edilən dərmanların gecikmiş təsirinin buna səbəb ola biləcəyini irəli sürür.

Bu sirli hadisə həm tibb dünyasında, həm də sosial mediada böyük əks-səda doğuraraq, "Həqiqətən ölmək nə deməkdir?" sualını yenidən gündəmə gətirib.

Samir
 

0