KİV: Suriya Türkiyədən kömək istəyib

DÜNYA
15:03 / 23.07.2025
60

Suriya hakimiyyəti Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi və terrorla mübarizədə yardım istəyib. 

HİT.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən “TRT Haber” telekanalı məlumat yayıb. 

Telekanalın mənbələrinə görə, Türkiyə İsraillə vəziyyətin gərginləşməsi fonunda Suriyanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcək.

“Suriya administrasiyası müdafiə qabiliyyətinin gücləndirilməsi və İŞİD-in başçılıq etdiyi terror təşkilatlarına qarşı mübarizədə Türkiyədən rəsmi yardım istəyib”, deyə telekanalın mənbələri bildirib.

Hərbi idarə Türkiyənin Suriyanın ərazi bütövlüyünün qorunması, orada sabitliyin təmin edilməsi və terror təşkilatlarına qarşı mübarizə məsələlərində qəti mövqe tutduğunu vurğulayıb.

İyulun 16-da İDF Dəməşqdə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının binasına hava zərbələri endirib. Buna səbəb Suriya hökumət qüvvələrinin ölkənin cənubunda druzlara qarşı hərəkətləri olub. İsrail Suriya ərazisinə hücumlarını druz əhalisini qorumaq istəyi ilə əsaslandırıb. Bir neçə gün sonra tərəflər atəşkəs barədə razılığa gəliblər.

Samir

0