Əgər siz bir neçə gününüzü Disney studiyasının cizgi filmlərinin qəhrəmanı kimi yaşamaq arzusundasınızsa, Fransada bunun üçün çoxlu seçim var.
HİT.az xəbər verir ki, bunu "Daily Express" qəzeti yazır.
Qeyd olunur ki, "Gözəllik və Bədheybət"dən ("La Belle et la Bête") Bellənin böyüdüyü "kiçik qəsəbə"nin yaradılmasına ilham verən əslində iki şəhər var: Rikevir (Riquewihr) və Ribovil (Ribeauville).
Strasburqdan təxminən bir saatlıq məsafədə yerləşən Rikevir, sanki film səhifələrindən çıxmış kimi küçələri ilə fəxr edə bilər. Bu şəhər, bazalt küçələri boyunca sıralanmış parlaq və rəngli evləri ilə Fransanın ən gözəl kəndlərindən biri adlanır.
"Traveling Igloo"nun məlumatına görə, dolanıqlı küçələrdə gəzməkdən əlavə, ziyarətçilər şəhərin şərab zallarını da görməlidirlər. Burada degustasiya (dadma) və ləzzətli yemək təklif edən inkişaf etmiş şərabçılıq icması fəaliyyət göstərir.
Maraqlıdır ki, şəhər müxtəlif təzə meyvə-tərəvəz, pendir, ət, zərgərlik məhsulları, geyim və daha çox şey təklif edən bazarları ilə məşhurdur. Dekabr ayında burada həmçinin şəhəri qış nağılına çevirən Milad bazarları da keçirilir.
Qeyd edilir ki, Ribovil (Ribeauville) - Fransanın Elzas regionunun ən qədim orta əsr şəhərlərindən biridir. Ribopyer (Ribeaupierre) səlahiyyətlilərinin üç qəsr xarabalığı yaxınlığında yerləşən tarixi memarlığı ilə tanınır.
"Visit Alsace"ın məlumatına görə, şəhərin mənzərəli üzüm bağları Orta əsrlər dövründən etibarən şəhərin ayrılmaz hissəsi olmuşdur. Burada turistlərin ziyarət etməyə dəyər yerli mağazalar və bazarlar da var. Məsləhət görülür ki, səfərlər Şərab Yarmarkası və ya Qədim Musiqi Festivalı kimi məşhur yerli festivallardan birinə təyin edilsin.
Əhəmiyyətlisi budur ki, bu iki şəhər bir-birindən cəmi 10 dəqiqəlik məsafədə yerləşir.
Samir