ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampı Rusiya, Çin və İranla bağlı daha sərt xarici siyasət xətti tutmağa inandırıb.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" Rubionun adı açıqlanmayan dostu və keçmiş köməkçisinə istinadən yazır.
Senator kimi Rubio Amerikanın xaricə yardımının və Amerika diplomatiyasının dünyada yaxşılıq üçün bir qüvvə kimi qızğın tərəfdarı olub. O, açıq şəkildə avtoritar rejimlərə qarşı çıxan dissidentləri dəstəkləməyin vacibliyini vurğulayıb. Eyni zamanda, dövlət katibi kimi o, Trampın təcridçiliyə və xarici yardımın azaldılmasına meylli fikirlərini dəstəkləyir.
Nəşrin həmsöhbəti Rubionun öz dəyərlərindən əl çəkmədiyini, əksinə, onları müdafiə etdiyini və bunun Çin, İran, Rusiya və Venesuela ilə bağlı daha sərt mövqe tutan Trampa təsir etdiyini bildirib.
"Çin, Rusiya, Ukrayna və İrana gəlincə, siz Amerikanın aktivləşmiş xarici siyasətini və Amerikanın dünyada rolunun təsdiqini görürsünüz", deyə həmsöhbət bildirib. Bu, dövlət katibinin hər gün prezident və administrasiyanın qalan üzvlərinə məsləhətlər verdiyini bildirib.
Samir