Kanadada tapılan fosil izləri göstərir ki, müxtəlif dinozavr növləri bəzən sürülər şəklində birləşdirib. Alimlərin yeni təhlili dinozavrların qarışıq sürü davranışı barədə ilk konkret sübutları təqdim edir.
HİT.az xəbər verir ki, bunu "The Independent" öz xəbərində açıqlayıb.
Tədqiqatçıların sözlərinə görə, onları cüt şəkildə hərəkət edən və müxtəlif növlərdən ibarət sürünə perpendikulyar istiqamətdə gedən iki tiranavrın fosil izlərini tapdıqda heyrətləniblər.
Mətndə qeyd olunub: "Tədqiqatçılar, hazırda qazıntı aparılan ərazinin 30 kvadrat metrlik sahəsində yan-yana gedən ən azı beş buynuzlu dinozavra aid 13 iz aşkar ediblər. Onlar həmçinin sürünün arasında zirehli dinozavr (ankilozavr kimi) izlərinin olduğunu müşahidə ediblər".
Həmçinin qazıntı sahəsində kiçik bir ət yeyən dinozavrın izləri də tapılıb. Tədqiqatın müəlliflərindən biri, Yeni İngiltərə Universitetindən Fil Bell bildirib: "Dinozavr Provins Parkında təxminən 20 ildir dinozavr sümükləri toplayıram, amma heç vaxt izlərə xüsusi diqqət yetirməmişdim. Bu qayanın kənarı ayaq barmaqları arasından sıxılmış palçıq kimi görünürdü və dərhal maraqlandım. Tiranavr izləri elə təsir bağışlayır ki, onlar sürünü izləyirdilər – bu, çox dəhşətli bir fikirdir, lakin onların yollarının kəsişib-kəsişmədiyini dəqiq bilmirik".
Bundan əlavə, alimlər parkın müxtəlif yerlərində daha bir neçə iz sahəsi aşkar ediblər. Onların sözlərinə görə, bu izlər hələ də diqqətlə öyrənilməlidir. Tədqiqatın digər müəllifi, Redinq Universitetindən Brayan Pikls vurğulayıb: "Dinozavrların buraxdığı izlərdən 76 milyon il sonra onların izi ilə getmək inanılmaz dərəcədə həyəcanverici idi".
Samir