Rusiyadan qatarlar və yük maşınları Çin sərhədini keçərək meşə və ya təzə kəsilmiş taxta (tikinti və mebel üçün şam, çubuqlar üçün ağ tozağacı, beton tökülməsi üçün ağcaqayın, kömür mədənləri üçün vəs) daşıyır. Bu axın Rusiyanın iqtisadi mövqeyinin zəifləməsini göstərir. Rusiya indi faktiki olaraq Çinin iqtisadi peykidir və sənaye malları istehsalında Pekindən asılıdır. Özü isə Çinin istəsə başqa yerdən ala biləcəyi xammalı satır.
HİT.az xəbər verir ki, bunu "The New York Times" yazıb.
Rusiya iqtisadiyyatının təxminən 6%-i Çinə ixracdan ibarətdir. Mançjurunun rəsmi iqtisadi strategiyası - "Rusiya təchizatı, Çin emalı" - RF-nin Çinin rus sənayesindən daha böyük olan istehsal sektoruna xammal təchizatçısına çevrildiyini vurğulayır. Eyni zamanda Moskva geyim, elektronika və hətta avtomobil istehsalında Pekindən asılıdır. Ukraynaya müharibə başlayandan bəri Çinin ixracatı 71% artıb.
Rusiya və Çin bir-biri ilə getdikcə daha fəal ticarət etsə də, bir sıra gərginlik əlamətləri var. Məsələn, Moskva Pekinə təzə kəsilmiş şam ağaclarının tədarükünü qadağan edib. Çin isə öz növbəsində, 2024-cü ilin əvvəlində rus kömürünə idxal rüsumu tətbiq edib (çünki Çin kömür mədənləri hasilatı artırıb və rəqabətdən şikayət ediblər).
Ticarət münasibətlərində ən böyük stres avtomobillərlə bağlıdır. 2021-ci ildə belə Çin avtomobilləri Rusiyada çox məşhur deyildi, lakin Ukraynaya işğaldan sonra hər şey dəyişdi. "GlobalData Automotive" tədqiqat şirkətinin məlumatına görə, 2024-cü il yayın sonuna qədər Çin avtomobilləri RF bazarının 60%-ni ələ keçirib.
Moskva öz istehsalçılarını qorumaq üçün idxal edilən avtomobillərdən 7500 dollarlıq vergi təyin edib. 1 oktyabrdan qüvvəyə minən vergi şəxsi istifadə üçün ruslar tərəfindən alınmış köhnə avtomobillərə şamil edilmir. Çinin Rusiyaya avtomobil ixracatı bu ilin ilk beş ayında keçən illə müqayisədə 58% azalıb.
Çin dəfələrlə Rusiyaya birbaşa hərbi yardım göstərmədiyini, lakin möhkəm ticarət əlaqələrini dəstəklədiyini bildirib. Pekin rus nefti, ağac materialları və kömürünün ən böyük alıcısıdır və tezliklə rus qazının ən böyük alıcısı olacaq. Eyni zamanda Pekin, Rusiya ilə Çin arasında "normal ticarətin" ona qarşı qaralama kimi istifadə edilməsinə qarşı çıxır.
2024-cü ildə ölkələr arasındakı ticarət həcmi 240 milyard dollardan çox olub (2022-ci il fevralından bəri üçdə iki artımla). Çin Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi çoxsaylı dronları və onların komponentlərini təchiz edib.
Çindəki ABŞ səfiri Nikolas Berns, Pekinin Rusiyanın Ukraynaya tam miqyaslı işğalını raketlər və digər silahlar üçün texnologiya təmin etməklə dəstəkləməsini "böyük səhv" adlandırıb.
Samir