Rusiya-Ukrayna müharibəsi davam edərkən, Şimali Koreyadan gələn müharibə çağırışı regionda gərginliyi yenidən artırıb.
HİT.az xəbətr verir ki, Şimali Koreya lideri Kim Yonq In Ukraynada müharibənin gərginləşdiyi bir vaxtda ordusuna "real bir müharibəyə" hazırlaşmaq tapşırığı verib.
Dövlət televiziyasında yayımlanan görüntülərdə Kimin üst səviyyəli hərbi rəsmilərlə birlikdə bir topçu təlimini durbinlə izlədiyi görünür, əsgərlərin dənizə doğru top mərmiləri atdığı anlar kameraya yansıyır. Təlimin keçirildiyi yer isə gizli saxlanılıb.
Kim ordusunun "hər cəbhədə düşməni məhv edəcək qabiliyyətdə" olması lazım olduğunu vurğulayaraq, silahlı qüvvələrin həmişə döyüşməyə hazır olmalarını istəyib.
Bu addım, Şimali Koreyanın Rusiya ilə getdikcə dərinləşən hərbi əməkdaşlığının bir hissəsi kimi qiymətləndirilir. Pxenyan rəhbərliyi təxminən 30 aydır davam edən Ukrayna-Rusiya müharibəsində Moskvaya hərbi dəstək göstərir.
Qərb kəşfiyyat xidmətlərinin məlumatına görə, Şimali Koreya 2023-cü ildə Rusiyanın Kursk bölgəsinə 10 mindən çox təhlükəsizlik personalı göndərdi. Bu əsgərlər yalnız top mərmisi və raket göndərməklə kifayətlənməyib, uzunmənzilli raket sistemləri ilə birlikdə birbaşa cəbhəyə göndərilib.
Rus ordusu ilə bütövləşmələri üçün Şimali Koreyalılara Rus forması və silahları verilib, hərbi şəxsiyyət vəsiqələri saxta sənədlərlə dəyişdirilib. Əksəriyyətinin Sibirdəki Tuva Respublikasında "doğulduğu" qeydə alınıb. Asiyalı üz xüsusiyyətlərinə malik bu əsgərlər Rusiya dəniz piyadalarına və hücum birləşmələrinə qatılaraq cəbhəyə sürülüb.
Ukrayna prezidenti Volodimir Zelenski cəbhədə döyüşən bu əsgərlərin "informasiya qaranlığı" içində böyüdüklərinə diqqət çəkərək, Şimali Koreya rejiminin öz xalqını dünyadan kənar bir şüurla formalaşdırdığını və bu əsgərləri ancaq Rusiyanın mənafeyi üçün istifadə etdiyini vurğulayıb.
Ukrayna hərbi kəşfiyyat rəisinin müavini general-mayor Vadim Skibitski isə "The Guardian"a verdiyi müsahibədə Şimali Koreyalı əsgərlərin bu müharibədə "müasir müharibə üsullarını təcrübə yolu ilə öyrəndiklərini" bildirib. Skibitskiyə görə əsgərlər sınama-yanılma yolu ilə əvvəlki səhvlərindən dərs alır və Rus ordusunun dəstəyi ilə döyüş meydanında təlim keçirlər.
Samir