Böyük Britaniya və Avstraliya, AUKUS təhlükəsizlik paktı çərçivəsində 50 illik ikitərəfli müqavilə imzalayaraq müdafiə əməkdaşlığını dərinləşdirir. Yeni sənədin Böyük Britaniyada on minlərlə iş yeri yaratması və Londona 20 milyard funt sterlinq (təqribən 27,1 milyard dollar) dəyərində ixracat gəliri gətirməsi gözlənilir.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
Müqavilə Böyük Britaniyanın müdafiə və xarici işlər nazirlərinin Avstraliyaya səfəri zamanı imzalanıb. Hər iki ölkənin rəhbərləri Avstraliyanın şimalında yerləşən əsas hərbi mərkəz olan Darvin şəhərini ziyarət etmişdir ki, burada hazırda genişmiqyaslı təlimlər davam edir.
"AUKUS Böyük Britaniyanın ən vacib müdafiə tərəfdaşlıqlarından biridir. Bu tərəfdaşlıq qlobal təhlükəsizliyi gücləndirir, eyni zamanda iqtisadi artımı stimullaşdırır", deyə Britaniyanın müdafiə naziri Con Hil bildirib.
Onun sözlərinə görə, AUKUS proqramının həyata keçirilməsinin pik dövründə Böyük Britaniyada 21.000-dən çox mütəxəssis cəlb olunacaq.
2021-ci ildən etibarən ABŞ, Böyük Britaniya və Avstraliya arasında AUKUS ittifaqı Hind-Sakit okean regionunda Çinin təsirinə qarşı mübarizə məqsədi daşıyır. Bu çərçivədə Avstraliya Britaniya və ABŞ texnologiyaları köməyi ilə tikiləcək atom sualtı qayıqları əldə edəcək.
Lakin ABŞ prezidenti Donald Trumpun "Amerika hər şeydən üstündür" siyasəti çərçivəsində AUKUS-dakı iştirakını yenidən nəzərdən keçirməyə başlamasından sonra müqavilənin gələcəyi şübhə altına alındı. Avstraliya isə tərəfdaşlığın sabit qalacağına dair əminlik bildirdi.
Samir