Qadağan olunmuş narkotik maddələrlə bağlı cinayətlərə görə 11 illik həbs cəzasının 11-ci ilini çəkən amerikalı Preston Torp birbaşa həbsxana kamerasından venture startapında daimi inkişaf etdirici kimi işə qəbul edilib.
HİT.az bu barədə "TechCrunch"a istinadən xəbər verir.
6 ay ərzində Torp, ABŞ şirkəti Turso tərəfindən idarə olunan açıq mənbəli layihədə aktiv iştirakçı olub. Onun texniki ekspertiza səviyyəsi o qədər yüksək olub ki, baş direktor Qlauber Kosta ona iş təklif edib. Elə o zaman məlum olub ki, Torp həbsxanadadır.
Bununla belə, Turso Torpun əməkdaşlıq etdiyi ilk şirkət deyil: əvvəl o, "Unlocked Labs" şirkətində həbsxanalar üçün təhsil proqram təminatı hazırlayıb. Bütün bunlar Men ştatının həbsxana sistemində həyata keçirilən təcrübi proqram sayəsində mümkün olub. Bu proqram məhbuslara uzaqdan işləməyə imkan verir.
Torp proqramlaşdırma ilə artıq həbsdə olarkən məşğul olmağa başlayıb. Men ştatındakı Mountain View həbsxanasına köçürüldükdən və pandemiya başladıqdan sonra ona onlayn təhsil almağa icazə verilib. Daha sonra o, universitetə daxil oldu. Onun sözlərinə görə, mühitin dəyişməsi ona yeni bir başlanğıc hissi və "hələ hər şeyin bitmədiyi" ümidi verib.
Qeyd edilir ki, Men ştatında 30-dan çox məhbus "ləyaqətli əmək bloku" adlanan nisbətən azad sektorda yaşayır və işləyir. Bu blok yaxşı davranışlı məhbuslar üçün nəzərdə tutulub. Belə məhbuslar qazancının 10%-ni ştata ödəyir, həmçinin borcları (əlavə xərclər, məhkəmə xərcləri və s.) varsa onları ödəyirlər.
Men ştatının Həbsxana İdarəsinin məlumatına görə, ştatdakı retidiv səviyyəsi (yenidən cinayət törətmə) ABŞ-da ən aşağı göstəricilərdən biridir. Kişilər arasında ümumi təkrar cinayət nisbəti 21-23%, qadınlarda isə cəmi 9%-dir. Həbs müddətində kollec təhsili alanlar arasında isə retidiv səviyyəsi praktiki olaraq sıfırdır. Retidivin azalmasından əlavə, ştat həbsxanalarında zorakılıq da əhəmiyyətli dərəcədə azalıb.
Samir