Fransa Kassasiya Məhkəməsi Suriyanın sabiq prezidenti Bəşər Əsədin həbsinə verilmiş orderi ləğv edib.
“Report” xəbər verir ki, bu barədə “France Presse” agentliyi Fransa məhkəməsinin sədri Kristof Suların bəyanatına istinadən bildirib.
"Məhkəmə qərarına görə, heç bir istisna dövlət başçısının şəxsi immunitetini ləğv edə bilməz", - o qeyd edib.
Bununla belə, sədr əlavə edib ki, B.Əsəd artıq prezident olmadığı üçün "ona qarşı yeni həbs orderləri verilib və ya verilə bilər", buna görə də onun barəsində məhkəmə istintaqının davam etdirilməsi mümkündür.
Fransa 2013-cü ildə kimyəvi hücumda iştirakda ittiham olunan B.Əsədin həbsi üçün ilk beynəlxalq orderi 2023-cü ilin noyabrında verib.