Trampla Lyayen görüşdü

DÜNYA
21:36 / 27.07.2025
41

Şotlandiyada ABŞ Prezidenti Donald Trampla Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında görüş keçirilir.

 

HİT.az xəbər verir ki, görüşdə ticarət sazişi üzrə danışıqlar aparılır. Görüş öncəsi jurnalistlərin suallarını cavablandıran Donald Tramp ABŞ və Avropa İttifaqı arasında hələ də üç-dörd razılaşdırılmamış məsələnin olduğunu deyərək sazişin bağlanma ehtimalının 50 faiz səviyyəsində olduğunu açıqlayıb. Tərəflər ikitərəfli əlaqələrin dünyada ən böyük ticarət tərəfdaşlığı olduğunu dilə gətiriblər.

 

Görüşün təxminən bir saat çəkəcəyi gözlənilir.

0