60 min nəfərin öldüyü zəlzələdə xəbərdarlıq sistemi işləməyib - Şirkət ETİRAF ETDİ

DÜNYA
10:50 / 28.07.2025
62

"Google" şirkəti 6 fevral 2023-cü ildə Kahramanmaraş zəlzələləri zamanı Android Erkən Zəlzələ Xəbərdarlıq Sistemi vasitəsilə 10 milyona yaxın insana vaxtında xəbərdarlıq göndərə bilmədiyini etiraf edib.

HİT.az xəbər verir ki, şirkətin məlumatına görə, əgər sistem düzgün işləsəydi, episentrdən 157 km radiusda yaşayan insanlar sarsıntıdan əvvəl 35 saniyəyə qədər vaxt qazana və “hərəkətə keç” xəbərdarlığı ala bilərdi. Lakin 7,8 bal gücündə olan ilk zəlzələdə bu xəbərdarlıq cəmi 469 nəfərə göndərilib.

"Google" zəlzələnin gücünü əvvəlcə səhvən 4,5–4,9 bal arası qiymətləndirib, nəticədə xəbərdarlıq sistemi tam aktivləşməyib. Şirkət sonradan problemi etiraf edib və "Science" jurnalında bu uğursuzluğun texniki səbəblərini açıqlayıb. Mütəxəssislər bu gecikmiş məlumat paylaşımını tənqid ediblər.

Şirkət bildirib ki, sistem təkmilləşdirilib və hazırda 98 ölkədə fəaliyyət göstərir. Lakin bəzi ekspertlər xəbərdarlıq texnologiyalarının real şəraitdə hələ də sınaq mərhələsində olduğunu və çox güvənilməməli olduğunu vurğulayıblar.

Xatırladaq ki, zəlzələ nəticəsində 60 mindən çox insan həyatını itirib.

0