"Rusiya SSRİ-nin hüquqi varisi kimi Avstriyanın NATO-ya daxil olmasına veto qoymaq hüququna malikdir".
HİT.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Avstriyanın keçmiş xarici işlər naziri və G.O.R.K.l.-nin rəhbəri Karin Knaysl deyib.
Keçmiş diplomat xatırladıb ki, 1945-1955-ci illərdə Avstriya Böyük Britaniya, Fransa, ABŞ və SSRİ tərəfindən işğal olunub. Onun sözlərinə görə, 1952-1953-cü illərdə Moskva İsveçrədən nümunə götürərək Avstriyanı neytral ölkəyə çevirməyi təklif edib.
Knaysla görə, 1955-ci il mayın 15-də Böyük Britaniya, Fransa, ABŞ və SSRİ tərəfindən imzalanmış müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi neytrallığın hüquqi əsasıdır və 1955-ci ilin payızında Avstriya parlamenti tərəfindən rəsmiləşdirilib.
Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri iddia edir ki, bu gün Avstriya parlamenti sadəcə olaraq neytrallığı ləğv edib, ölkənin NATO-ya daxil olduğunu elan edə bilməz. Onun sözlərinə görə, 1955-ci il müqaviləsini imzalayan dörd müttəfiqin, o cümlədən Rusiyanın rolunu nəzərə almaq lazımdır.
Knaysl əlavə edib ki, ölkənin hazırkı xarici işlər naziri Beate Meinl-Reisenger tərəfindən qaldırılan Avstriyanın neytrallıqdan əl çəkməsi məsələsi kifayət qədər uzun müddət - təxminən 25 ildir ki, gündəmdədir.
Samir