Çin onlayn platforması "Temu" Avropa İttifaqından külli miqdarda cərimə ilə üzləşir - qlobal dövriyyənin 6%-nə qədər.
HİT.az xəbər verir ki, buna səbəb Avropa Komissiyasının fikrincə, xidmətin Rəqəmsal Xidmətlər Aktını pozmasıdır. Brüssel hesab edir ki, Aİ-də istifadəçilər bu saytda qeyri-qanuni və ya təhlükəli mallar almaq riski yüksəkdir.
Avropa Komissiyasının vitse-prezidenti Henna Virkkunen deyib: "Aİ-də internetdə istehlakçıların təhlükəsizliyi danışıqlar mövzusu deyil".
"Temu" ilə bağlı təhqiqat 2024-cü ilin oktyabrında başlayıb. Avropa Komissiyası təkcə malların çeşidini deyil, həm də platformanın interfeysini öyrənir - bu, alıcılarda asılılıq yarada və onları tələsik xərcləmələrə sövq edə bilər. Bütün bunlara baxmayaraq "Temu" xüsusilə Almaniyada sürətlə böyüməyə davam edir. Avropada 45 milyondan çox istifadəçisi olan xidmət rəsmi olaraq “çox böyük platforma” kimi tanınır.
"Temu" Avropa istehlakçıların müdafiəsi təşkilatlarından da əlavə tənqidlərə məruz qalıb. Onların fikrincə, platforma saxta rəylər və saxta endirimlərdən tutmuş gəlirlər haqqında aydın məlumatın olmamasına qədər şübhəli üsullardan istifadə edir. Alıcıları “yalnız 2 qalıb” kimi mesajlar da aldadır.
Samir