Qədim sirlərə aparan yol? - Piramidaların yaxınlığında sirli struktir tapıldı

DÜNYA
21:57 / 29.07.2025
67

Misirin məşhur Giza piramidaları yaxınlığında arxeoloqlar sirli bir L formalı yeraltı quruluş və onun altında yerləşən anomaliyaya malik sahə aşkarlayıblar. 

HİT.az xəbər verir ki, Yapon-ərəb ekspedisiyasının məlumatına görə, bu tapıntı Qərb qəbiristanlığında hələ araşdırılmamış bir kameraya və ya qədim keçidlərə açılan potensial giriş ola bilər.

Tohoku Universitetindən professor Motoyuki Sato bildirib ki, georadar (GPR) və elektrik tomoqrafiyası (ERT) texnologiyaları sayəsində alimlər 2 metrlik dərinlikdə qeyri-təbii, aydın konturlu L şəklində strukturu, 10 metrdə isə yüksək elektrik müqaviməti olan anomaliya sahəsini qeydə alıblar. Bu, ya boşluq, ya da sıx materialla örtülmüş qədim tikili ola bilər.

"Strukturun kəskin bucaqları və simmetrik forması onu təbii mənşəli obyekt kimi dəyərləndirməyə imkan vermir. Bu, böyük ehtimalla insan tərəfindən yaradılmış qədim bir quruluşdur", deyə araşdırma müəllifləri qeyd edir.

Anomaliya nə demək ola bilər?

Tapılan yeraltı sahə aşağıdakılardan xəbər verə bilər:

* Sıxlaşdırılmış qum və ya çınqıl qatları,
* Dərin boşluqlar və ya gizli kameralar,
* Ehtimal olunan giriş və ya "portal" – qədim memarlıq kompleksinin yeni hissəsinə keçid.

Qərb qəbiristanlığı: qədim elita dəfnləri

Qədim Misirin elitası üçün nəzərdə tutulan bu qəbiristanlıq, Giza piramidaları kompleksinin əsas arxeoloji hissələrindən biridir. Yeni tapıntı isə, burada hələ də araşdırılmamış məkanların olduğunu sübut edir və firon dövrünün dəfn adətləri, inşaat üsulları və məkan planlaması barədə anlayışlarımızı kökündən dəyişə bilər.

“Giza kompleksinin əsrlərlə davam edən tədqiqatlara baxmayaraq, hələ də gizli saxladığı sirrlər var. Bu anomaliya, yeni elmi sıçrayışlara yol aça bilər”, deyə tədqiqatçılar bildirir.

Samir
 

0