Hindistan polisi 15 il əvvəl məhkəməyə aparılarkən konvoy polislərinə narkotik verib özündən çıxaran və nəzarətdən qaçan şəxsi tutub.
HİT.az bu barədə "Times of India"ya istinadən xəbər verir.
Firozabad polisi 2010-cu ildən axtarışda olan Qovind Kumarı genişmiqyaslı əməliyyat və atışmadan sonra tutub. Tutulma Fəthəabad yolundakı Naqla Bari kəsişməsində, cinayətkarın öz vəkili ilə görüşü zamanı baş verib.
Qovind dairə həbsxanasından dolandırıcılıq işi üzrə məhkəməyə aparılarkən qaçıb. İki konvoy polisinin yeməyinə narkotik qataraq onları özündən çıxardıb, kelepçəsini çıxarmadan qaçıb. Sonradan onun tapılması üçün məlumat verənə 575 dollar mükafat təklif edilib.
Tutulduqdan sonra polis Qovind Kumaraın kimliyini dəyişdirdiyini və Saurabx, Bhanu, Cayn Sahib adları ilə gizləndiyini açıqlayıb. Üzərindən özəl hazırlanmış tapança, 2 istifadə edilmiş və 3 işlək güllə çıxarılıb.
Polisin açıqlamasında deyilir: "Şübhəlini mühasirəyə alanda atəş açdı. Polis cavab verməyə məcbur oldu, nəticədə cinayətkar ayağından yaralandı. Tutularaq nəzarət altında xəstəxanaya yerləşdirildi. Araşdırma davam edir".
Samir