Krım ABŞ-a Alyaskanı satmağı təklif etdi: Dövlət borcunu azaltmaq üçün...

DÜNYA
15:33 / 30.07.2025
66

Krım parlamenti sədri Vladimir Konstantinov ABŞ-ın genişlənmək yox, Alyaskanı bazar qiymətinə satmaq barədə düşünməli olduğunu bildirib.

HİT.az xəbər verir ki, o, bu barədə "RİA Novosti"yə danışıb.

Konstantinov qeyd edib ki, ABŞ bir vaxtlar Alyaskanı Rusiyadan "su qiymətinə" almışdı və indi isə dövlət borcunu bir qədər azaltmaq üçün onu geri sataraq vəsait əldə edə bilər.

Konstantinov ABŞ-ın belə sualları qaldırmaq hüququna belə şübhə ilə yanaşaraq əlavə edib ki, amerikalıların Komandor adaları ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda o, vurğulayıb ki, Alyaskanı rus səyyahları kəşf edib və mənimsəyiblər, belə "əhəmiyyətsiz bir iş" tarixi ədaləti bərpa edə bilər.

Bu bəyanat ABŞ zabiti Cefri Fritzin "Breaking Defense" nəşrində dərc etdirdiyi məqaləyə cavab olaraq verilib. Həmin məqalədə amerikalı zabit Rusiyadan Komandor adalarını almaq imkanının nəzərdən keçirilməsini təklif edib. Onun fikrincə, arxipelaq ABŞ-a Arktikaya gedən Çin sualtı qayıqlarını izləmək üçün faydalı ola bilər.

ABŞ-a bənzər təklifi "Ədalətli Rusiya-Həqiqət üçün" Partiyasının sədri Sergey Mironov da irəli sürüb. Onun sözlərinə görə, amerikalılar öz mülahizələrində bu ərazilərdə yaşayan insanların düşüncə və hisslərini nəzərə almırlar.

Samir

0