Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu Miroslav Qay hesab edir ki, Rusiya Federasiyasının 2022-ci ildə başladığı genişmiqyaslı müharibə artıq Rusiyanın iqtisadiyyatını bütöv sahələr üzrə dağıtmağa başlayıb. Bu isə döyüşlərin dayandırılması ehtimalını gündəmə gətirir.
HİT.az xəbər verir ki, o, bu barədə "Fabrika novin" verilişində danışıb.
"Rusiya iqtisadiyyatında ciddi itkilər var. Bu, təkcə Putinin deyil, onun tərəfdarı olan tanınmış rusiyalı iqtisadçıların, müstəqil ekspertlərin və müxalifətin də dilindədir. Yəni artıq açıq şəkildə görünür ki, Rusiyada ciddi problemlər yaşanır. Onlar benzin ixracını dayandırıblar… Krımda benzin yoxdur, Donetskdə su yoxdur. Yəni vəziyyət çox ağırdır", deyə Qay bildirib.
Onun sözlərinə görə, benzinin çatışmazlığı nəqliyyat, logistika və hava limanlarının fəaliyyəti daxil olmaqla, bir çox sahəyə təsir edir. Qay qeyd edib ki, Rusiyada bəzi bölgələrə yalnız “qışda xizək arabası ilə”, yaxşı havalarda isə helikopterlə çatmaq mümkündür.
Hərbçi həmçinin əlavə edib ki, Yanukoviç dövründəki bəzi şəxslər Rusiyanın işğalı altında olan ərazilərdə tualet problemlərindən şikayət edirlər. Digər tərəfdən, ruslar Kamçatkada baş verən zəlzələdə də ABŞ-ı günahlandırırlar:
"Bu vəziyyəti Putin də anlayır. O, yaxın günlərdə Belarusda hərbi büdcənin azaldılmasının vacibliyindən danışdı. Bu isə artıq açıq şəkildə iqtisadi çətinliklərin mövcudluğuna işarədir. Rusiya hərbi-sənaye kompleksinin nümayəndələri effektiv işləyə bilmədiklərini bildirirlər. Müəssisələr müflis olur, iş həftəsi qısaldılır, maaş artımları dayandırılıb".
Onun sözlərinə görə, Rusiya kənd təsərrüfatında da böhran yaşayır – məhsuldarlıqla bağlı problemlər var, fermerlər müflis olur. Qay xatırladıb ki, Rusiyanın əsas kənd təsərrüfatı bölgələri sırasına Kursk və Belqorod vilayətləri də daxildir – bunlar bir vaxtlar Ukraynanın tarixi torpaqları olub:
"Rusiya rəsmiləri bu il “kompakt məhsul” olacağını açıqlayıb. “Kompakt məhsul” – çox incə ifadədir... Bu müharibə artıq Rusiyaya sadəcə ziyan vurmaqla kifayətlənmir, onun iqtisadiyyatını bütöv sahələr üzrə məhv edir", deyə Qay qeyd edib.
Samir