Bloomberg: HƏMAS hücumu İsrailin ərəb mütəxəssislərinin çatışmazlığını ortaya qoydu

DÜNYA
17:37 / 01.08.2025
59

Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də İsrailə hücumu İsrail kəşfiyyatında ərəb dili və mədəniyyəti üzrə mütəxəssis çatışmazlığını ortaya çıxarıb.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məqalədə deyilir: "Kəşfiyyat islahatlarının bir hissəsi olaraq, xidmət 6 il əvvəl bağlanmış, orta məktəb şagirdlərini ərəb dilini öyrənməyə həvəsləndirən proqramı bərpa edir və dialekt hazırlığını genişləndirməyi planlaşdırır"

Jurnalistlərin fikrincə, İsrail indi texnologiyaya daha az, daha çox casusluğa və səriştəli analitikaya etibar etmək istəyir. Kəşfiyyat İslamın doktrinalarını anlayan və İraq, Yəmən və Qəzza ləhcələrində danışan mütəxəssisləri işə götürmək niyyətindədir".

Qeyd olunur ki, israilli gənclər hazırda ərəb dilinə o qədər də maraq göstərmirlər, ingilis dilini öyrənməyə üstünlük verirlər.

7 oktyabr 2023-cü ildə minlərlə silahlı HƏMAS yaraqlısı Qəzza zolağından İsrailə daxil olub, mülki insanlara hücum edib və 200-dən çox girovu qaçırıb. Buna cavab olaraq yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb, onun məqsədi girovların qaytarılması və radikal hərəkatın tamamilə məhv edilməsi adlandırılıb.

Samir

0