Bıçaqlı hücumların daim gündəmdə olduğu İngiltərə və Uelsdə "ninja qılıncı" qadağan edilib.
HİT.az xəbər verir ki, yeni qanunla bu tip silahları ictimai yerlərdə daşıyan şəxslərə 4 ilədək həbs cəzası verilə biləcəyi bildirilib.
İngiltərə və Uelsdə artan bıçaqlı zorakılıq hadisələrinə qarşı hazırlanan "Ronun Qanunu" (Ronan's Law), dəstə zorakılığının qarşısını almağı hədəfləyir. Yeni tənzimləmə, 2022-ci ildə ninja qılıncı ilə öldürülən 16 yaşlı Ronan Kandanın adını daşıyan qanun çərçivəsində qüvvəyə minib. Təkcə iyul ayında həyata keçirilən bir aylıq silah təslim kampaniyası zamanı vətəndaşlar minlərlə silahı yetkili orqanlara təslim edib. Bundan əlavə, ninja qılıncını evdə saxlamaq da cinayət sayılacaq.
İngiltərə və Uelsdə bıçaqlı cinayətlər son on ildə 87% artıb; təkcə ötən il 54 min 587 cinayət qeydə alınıb. Bu rəqəmin Avropada ən yüksək göstəricilərdən biri olduğu vurğulanıb. Ən son olaraq, ötən il 29 iyulda, 17 yaşlı Aksel Rudakubana adlı gənc, İngiltərənin şimalındakı Sautport qəsəbəsində Teylor Svift mövzulu uşaq rəqs tədbirinə hücum edərək bıçaqlama yolu ilə 3 nəfəri öldürmüş, 10 nəfəri isə yaralamışdı. Bu hadisə ölkənin ən dəhşətli bıçaqlı hücumlarından biri kimi tarixə keçərkən, İngiltərə hökuməti bu faciədən etibarən tədbirləri sıxlaşdırmışdı.
Samir