Britaniyalı bir kişi tərəfdaşının evlilik razılığını almaq üçün 7 il uğursuz cəhd göstərdikdən sonra nəhayət sevgilisinin təklifi qəbul etməsinə nail olub.
HİT.az xəbər verir ki, "The Sun" qəzetinin məlumatına görə, 36 yaşlı Lük Vinterup 2018-ci ildən bəri Sera adlı sevgilisinə evlilik təklifi edib. Kişi ilk dəfə onu ailə qurmaq istədiyini 6 aylıq münasibətdən sonra bildirsə də, qadın "bir-birimizi çox az tanıyırıq" deyə imtina edib.
Bundan sonra Vinterup müxtəlif üsullarla Srranın rəğbətini qazanmağa çalışıb: Praqada qəsr kirayələyib, şam işığında ziyafətlər təşkil edib, sevgilisini Yamayka çimərliklərində at minməyə aparıb, amma onun mövqeyi dəyişməyib.
Kişi 42-ci dəfə evlilik niyyətini bildirəndə Sera "növbəti dəfə razılaşacağam" deyib və sözünə əməl edib.
Qadın etiraf edib ki, tərəfdaşı nəhayət onun qəlbinə yol tapıb. O, vurğulayıb ki, Lükün israrlılığı onun bu hərəkətinin Ginnesin Rekordlar Kitabına daxil edilməsinə layiqdir. Və kişiyə təslim olmadığı üçün minnətdarlığını bildirib.
Samir