NYT: Xirosima və Naqasakiyə nüvə zərbəsi yüz minlərlə insanın həyatını xilas etdi

DÜNYA
18:12 / 04.08.2025
51

Amerikanın "The New York Times" (NYT) qəzeti 1945-ci ildə Xirosima və Naqasakiyə edilən nüvə zərbəsinin yüz minlərlə insanın həyatını xilas etdiyini yazıb. 

HİT.az xəbər verir ki, nəşr Amerika ordusunun Yaponiya şəhərlərinin bombalanmasının ildönümü ərəfəsində "80 il əvvəl atom bombası saysız-hesabsız insanların həyatını xilas etdi" başlıqlı məqalə dərc edib.

Nəşr bildirir ki, bu qərar düzgün idi, bu addım təkcə yüz minlərlə ABŞ vətəndaşını deyil, həm də döyüşdə ölə biləcək milyonlarla yaponu xilas edib.

Qeyd edək ki, faciə qurbanlarının ümumi sayı 240 min nəfəri ötüb.

İyunun 25-də ABŞ prezidenti Donald Tramp Amerikanın İranın nüvə obyektlərinə endirdiyi zərbələri II Dünya müharibəsinə son qoyan Xirosima və Naqasakiyə atom bombalarının atılması ilə müqayisə edib.

Amerika liderinin sözlərini şərh edən Yaponiya Nazirlər Kabinetinin katibi Yosimasa Hayaşi xatırladıb ki, Xirosima və Naqasaki şəhərlərinin bombalanması insanların təsvir olunmaz iztirablarına və acınacaqlı humanitar vəziyyətə səbəb olan xəstəliklərə gətirib çıxarıb.

Amerika silahlı qüvvələri II Dünya müharibəsinin ən sonunda Xirosima və Naqasakiyə atom bombası atıb və bunu Yaponiya İmperiyasının təslim olmasını sürətləndirmək vasitəsi kimi izah ediblər. Bu, bəşər tarixində nüvə silahından döyüş istifadəsinə dair yeganə nümunədir.

Samir
 

0