Ukrayna, ehtimal ki, reaktiv “Şahid”lərin təhlükəsinə qarşı nisbətən ucuz bir qarşı tədbir tapa bilər.
HİT.az xəbər verir ki, bunu UNİAN agentliyinə REB (Radioelektron Mübarizə) vasitələri istehsalçısının direktoru müavini və aviasiya eksperti Anatoli Xrapçinski bildirib.
Mütəxəssis deyir: "Düşmənin “Şahid”lərin sürətini artırmaq istiqamətindəki hərəkətlərini nəzərə alaraq, biz artıq öz qarovulçu PUA-larımızı reaktiv sürətlərlə yaratmaq imkanını nəzərdən keçiririk. Lakin bu halda elektrik mühərriki əvəzinə reaktiv mühərrik quracağıq".
Ekspert qarovulçu PUA-ların effektivliyini artırmağın başqa bir istiqaməti kimi aşkarlama və istiqamətləndirmə vasitələrinin təkmilləşdirilməsini göstərir.
Həmin sahənin mütəxəssisi əlavə edir: “Vurulması lazım olan vasitənin trayektoriyasını qura və onun harada vurulması lazım olduğunu başa düşə biləcəyik. O zaman sürətlər artıq böyük əhəmiyyət kəsb etməyəcək".
Öz növbəsində, “Defense Express” informasiya-məsləhət şirkətinin rəhbəri UNİAN-a bildirib ki, reaktiv “Şahid”lərə qarşı büdcəli qarşı tədbir kimi R-73 və ya AIM-9 tipli zenit-raketlərin hava versiyalarından istifadə etmək olar. O, xatırladıb ki, əvvəllər bu raketlər artıq Ukrayna dəniz PUA-larına quraşdırılıb.
Reaktiv “Şahid”lər - Nə məlumdur?
Əvvəllər bildirilirdi ki, Rusiya 31 iyul gecəsində Kiyevə raket və PUA-larla, o cümlədən reaktiv “Şahid”lərlə zərbə endirib. Mütəxəssislərin sözlərinə görə, mobil pulemyot dəstələrinin yeni PUA-ları vurması çətindir, çünki onlar yüksək sürətə malikdirlər. Eyni zamanda, onlara qarşı portativ zenit-raket kompleksləri (PZRK) təsirli şəkildə tətbiq edilə bilər.
Bunlar amerikan istehsalı “Stinger” və ya daha az tanınan Polşa istehsalı “Piorun” ola bilər. Həmçinin mobil dəstələr köhnə sovet istehsalı “İqla” raketlərindən də istifadə edə bilər.
Samir