Çinin Tibet Muxtar Vilayətinin xalq hökumətinin başçısı Qama Sedain mətbuat konfransı zamanı bildirib ki, Dalay Lamanın reinkarnasiyası ilə bağlı yekun qərarı Çin hakimiyyəti verəcək.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Dalay Lama titulunun tarixi legitimliyi Dalay Lamanın reenkarnasiyası ilə bağlı qərar vermək üçün son və mübahisəsiz hüququ olan mərkəzi hökumətdən gəlir", deyə Sedain vurğulayıb.
O xatırladıb ki, Tibet Buddizminin ruhani liderinin reinkarnasiyası Çin daxilində axtarış, qızıl qabdan püşkatma və sonradan mərkəzi hökumət aparatı tərəfindən təsdiqlənmə prinsiplərinə uyğun olaraq baş tutmalıdır.
İyul ayında 14-cü Dalay Lama Tenzin Gyatso reinkarnasiya etmək niyyətini açıqlayıb. Onun sözlərinə görə, son 14 ildə bu məsələnin müsbət həlli ilə bağlı ona çoxsaylı müraciətlər edilib.
1959-cu ildən 14-cü Dalay Lama sürgündə yaşayır. Çin hökuməti onu 1980-ci və 2008-ci illərdə Tibetdə iğtişaşları qızışdırmaqda məsul olan separatçı hesab edir.
Samir