Qadın evlənmək üçün məktəblini qaçırdı, həbs edildi

DÜNYA
22:56 / 05.08.2025
62

Hindistan sakini olan qadın azyaşlının itkin düşməsindən sonra açılan cinayət işində müttəhim olub. 

HİT.az xəbər verir ki, bu barədə “Telangana Today” məlumat yayıb.

Qadının hərəkəti oğlan itkin düşəndən sonra məlum olub. Valideynlər polisə müraciət edərək övladlarının imtahan üçün məktəbə getdiyini, lakin bir daha evə qayıtmadığını bildiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun messencerlərdə yazışmalarını və zəng məlumatlarını öyrənməyə başlayıblar. Beləliklə, müəyyənləşib ki, tələbə tez-tez Kallur bələdiyyəsindən olan bir qadınla ünsiyyət qurur.

Polis onun qohumlarını tapıb və onları dindirdikdən sonra qadını sosial şəbəkələrdəki fotodan istifadə edərək Velesvaram kəndində tapıblar.

Məlum olub ki, şübhəli şəxs oğlanı qaçıraraq onunla evlənib. Eyni zamanda, o, əvvəllər iki dəfə evli olub, lakin həyat yoldaşlarından ayrılıb. Onun xəstəxanada işlədiyi də məlum olub.

Artıq prosesdə təqsirləndirilən şəxsə ittiham elan edilərək həbs qətimkan tədbiri seçilib.

Samir

0