Texnologiya dünyasında getdikcə daha çox insan uzaqdan işləməyi seçir, bu da onlara əsas iş fəaliyyətindən kənarlaşmadan səyahət etməyə və ya müvəqqəti olaraq başqa ölkələrə köçməyə imkan verir. Eyni zamanda, daha çox ölkə rəqəmsal köçərilər üçün sərfəli şərtlər təklif edir.
HİT.az xəbər verir ki, analitik şirkət "DemandSage"ın məlumatlarına görə, 2025-ci ildə dünya rəqəmsal köçərilər icmasının sayı 40 milyon nəfərdən çox olub, bu rəqəm 2019-cu ilə nisbətən 149% artım deməkdir.
"Rəqəmsal köçərilərin həyat tərzi peşəkar çevikliklə şəxsi təcrübəni birləşdirən bir həyat yaratmaqdır. Düzgün tarazlığı tapmaq üçün rəqəmsal köçərilər adətən etibarlı interneti, əlverişli yaşayış dəyəri, canlı yerli mədəniyyəti və inkişaf etmiş uzaqdan işləyənlər icması olan şəhərləri üstün tuturlar", deyə "Travel + Leisure" jurnalına şərhində karyera mütəxəssisi və "FlexJobs" eksperti Ki Spenser bildirib.
Eyni zamanda o, belə bir həyat tərzini düşünən potensial rəqəmsal köçəriləri yalnız təyinat yerinin gözəl mənzərələrinə deyil, həm də bütün praktik detalları nəzərə almağa çağırıb.
"Müştərilər və həmkarılarla saat qurşaqlarının uyğunluğu, lazımi infrastrukturun mövcudluğu, dil bariyerləri və yerli vergi nəticələri ümumi təəssüratda həlledici rol oynaya bilər", deyə Spenser qeyd edib.
"Uğurlu rəqəmsal köçəri olmaq üçün düşüncəli planlaşdırma, maliyyə sabitliyi və yeni şərtlərə uyğunlaşmağa hazırlıq lazımdır. Kiminsə bu qorxulu görünə bilər, amma çoxları hesab edir ki, belə bir həyat tərzinin təklif etdiyi azadlıq və perspektivlər hər hansı kompromisə dəyər", deyə o, əlavə edib.
Nəşr təcrübəli rəqəmsal köçəriləri sorğuya çəkərək, Avropada uzaqdan işləmək üçün ən yaxşı yerləri müəyyən edib.
Samir