ABŞ-da bir qadın iş yoldaşını onu toyuna dəvət etmədiyinə görə kadrlar şöbəsinə şikayət edib.
HİT.az bu barədə NDTV-yə istinadən xəbər verir.
Toy təşkilatçısı olan qadın bildirib ki, onlar arasında ancaq iş yerində səthi söhbətlər olub, yaxın şəxsi münasibət və ya birgə yemək yemə kimi hallar olmayıb. Lakin tədbir haqqında eşidən zaman, həmin qadın birbaşa soruşub ki, tədbirə dəvət olunubmu?
"Mən gülmüşəm və demışəm ki, bu çox kiçik mərasim olacaq - yalnız yaxın dostlar və ailə üzvləri iştirak edəcək", deyə qadın izah edib.
O, hadisənin bağlandığını düşündüyünü əlavə etsə də, bundan sonra kolleqasının onunla hər cür ünsiyyətdən qaçdığını hiss edib. Bir neçə gün sonra isə onu gözlənilmədən kadrlar şöbəsinə çağırıblar.
Məlum olub ki, narazı işçi rəsmi şikayət verərək, toy təşkilatçısının "seçici" davrandığını və həyatdakı mühüm hadisələrdə kolleqalarını istisna etməklə "iş yerində düşmənçilik mühiti yaratdığını" iddia edib.
Kadrlar şöbəsinin şikayəti rədd etməsinə baxmayaraq, ofisdə gərginlik daha da artıb. Toy təşkilatçısının sözlərinə görə, kolleqası passiv-aqressiv davranmağa başlayıb.
Samir