Polşa prezidenti Karol Navroçki Polşanı NATO-nun aparıcı qüvvəsinə çevirmək üçün ölkənin silahlı qüvvələrini gücləndirməyə çalışacaq.
HİT.az xəbər verir ki, bu barədə o, andiçmə mərasimində çıxışı zamanı bildirib. Yeni lider alyansın şərq cinahının qorunmasına xüsusi diqqət yetirəcəyini vəd edib.
"Mən Polşa ordusunu NATO-nun aparıcı qüvvəsinə çevirməyə çalışacağam", deyə Navroçki bildirib.
O, Polşa ordusunun modernləşdirilməsi istiqamətində bütün səyləri dəstəkləyəcəyini vurğulayıb.
Bu gün 2015-ci ildən Polşa prezidenti vəzifəsini icra edən Anjey Dudanın səlahiyyət müddəti başa çatır. Bu gün səhər yeni lider Karol Navrocki beş il müddətinə rəsmi olaraq dövlət başçısı vəzifəsinə başlayan Milli Assambleyanın üzvləri qarşısında and içib.
İyunun 1-də ikinci turu keçirilən Polşa prezident seçkilərində Karol Navroçki 50,89 faiz səslə qalib gəlib. O, mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasının dəstəyi ilə hakim namizəd, Varşava meri Rafal Trzaskovski üzərində qələbə qazanıb. Navroçkinin seçki kampaniyası şüarı “öncə Polşa, birinci polyaklar” idi. Kampaniya zamanı o, Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünə qarşı çıxış edib.
Samir