İspaniya Amerika F-35 qırıcılarına Avropa alternativi axtarır

DÜNYA
16:10 / 06.08.2025
43

İspaniya Amerikanın "Lockheed Martin" konsernidən F-35 Lightning II qırıcılarının alınmasını qeyri-müəyyən müddətə təxirə salıb. Madrid Avropaya alternativ axtarır. 

HİT.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən "El Pais" məlumat yayıb.

İspaniya hökuməti qırıcıların alınması üçün 2023-cü il büdcəsində 6,25 milyard avro ayırıb. ABC qəzeti F-35-ə mümkün alternativ olaraq BAE, "Airbus" və "Leonardo" konsorsiumu tərəfindən istehsal olunan avropalı "Eurofighter" qırıcılarını adlandırıb.

Ötən ilin aprelində İspaniyanın baş naziri Pedro Sançes ölkənin hərbi büdcəsini ÜDM-in 2%-nə qədər artırdığını bəyan edib. Söhbət müdafiə sahəsinə 10,5 milyard avro əlavə sərmayədən gedirdi. İyun ayında İspaniya hökuməti NATO-nun baş katibi Mark Ruttenin müdafiə xərclərini 2032-ci ilə qədər ÜDM-in 5%-ə çatdırmaq tələbini rədd edib.

ABŞ prezidenti Donald Tramp Sançesin mövqeyini tənqid edib və İspaniya mallarına əlavə rüsumlar tətbiq etməklə hədələyib. Daha sonra cənab Rutte İspaniyanın alyansın yeni hədəfləri ilə razılaşdığını söylədi.

Samir

0