ABŞ Finlandiyadakı hərbi varlığını artıracaq

DÜNYA
16:48 / 06.08.2025
63

ABŞ ilin ikinci yarısında Finlandiyadakı hərbi mövcudluğunu artırmağı və həm Finlandiyada, həm də Baltik dənizi regionunda keçirilən təlimlərdə fəal iştirak etməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin (FDF) press-relizində deyilir.

“Məqsəd hazırlığı artırmaq, qarşılıqlı əlaqəni gücləndirmək və regional təhlükəsizliyi təşviq etməkdir”, deyə sənəddə qeyd edilir.

FDF iddia edir ki, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, xüsusən də mövcud qlobal şəraitdə mütləqdir. Ordunun mövcudluğu ABŞ-ın Finlandiya və Baltik dənizi regionu ilə dərinləşən əməkdaşlığının və öhdəliyinin nümayişidir.

ABŞ-dan gələn dəniz piyadaları Uusimaa Briqadasında və Sahil Briqadasında yerləşdirilib. Onlar təxminən bir ay Finlandiyada olacaqlar.

İyulun 10-da ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə sualtı qayığının İslandiyada ilk limana səfər etdiyi barədə məlumat yayılıb. ABŞ-ın İslandiyadakı müvəqqəti işlər vəkili Erin Soyerin sözlərinə görə, Vaşinqton və Reykyavik Arktikada gərginliyin azaldılması kimi ümumi məqsədi dəstəkləyirlər. Eyni zamanda diplomat Rusiyanı regionda hərbi mövcudluğunu artırmaqda ittiham edib.

Samir

0