Haqsız olaraq pis şöhrət qazanan "Yunan İbizası"

DÜNYA
22:53 / 07.08.2025
34

"Zakinf "əyləncə adası" kimi tanınsa da, gecə klubları maraqlı olmayan səyyahlar üçün də maraqlıdır".

HİT.az xəbər verir ki, bunu Britaniyanın "Express" qəzetinin səyahət müxbiri Vita Molinye yazır.

"Zakinfin çılğın tərəfi olsa da, buna qoşulmaq məcburiyyəti yoxdur. Bunu ötən həftə dostumun 30 illik yubileyində adaya gedəndə başa düşdüm. Əvvəlcə eşitdiklərimə görə narahat idim, amma səhv etdiyimi başa düşdüm", deyə müəllif qeyd edir.

Molinye qeyd edir ki, adanın gecə həyatı Laqanas-Strip bölgəsində cəmlənib. Əgər bu sizin üçün deyilsə, sadəcə bura daxil olmayın. Əvəzində adanın şərqində yerləşən Vasilikos bölgəsində sakit villalar seçə bilərsiniz.

Burada isti dəniz üzərində sallanan zeytun ağacları, dağlar və ənənəvi daş kotteclər arasında sakit istirahət edə bilərsiniz. Klub musiqisi əvəzinə yalnız cırcırama səsləri və ətrafda otlayan ev keçilərinin boyun zınqırovlarının cingildamasını eşidəcəksiniz.

Vita Molinye kottecdən 20 dəqiqə piyada məsafədəki çimərlikdən bəhs edir. Təşkil olunmuş çimərlikdə şezlong, bar və hətta hovuz var.

Vasilikosdan 10 dəqiqəlik məsafədə məşhur Herakas çimərliyi yerləşir. Burası tısbağaların yuva qurduğu mühafizə olunan dəniz qoruğudur. Qoruq statusuna baxmayaraq, çimərlik ictimaiyyət üçün açıqdır. Bar olmasa da, şezlong kirayələmək mümkündür. Vasilikosda çox mülayim qiymətə doxuna yemək-içmək olan çoxlu tavernalar var:

"Bu cənnətdə keçirdiyim dörd gündən sonra etiraf edirəm: Zakinf haqqında səhv düşünürdüm. Bəlkə pis şöhrəti var, amma keçirdiyim vaxt hədsiz rahatlaşdırıcı, ləzzətli yeməklər, yunan qonaqpərvərliyi və nəfis mənzərələrlə dolu idi".

Samir
 

0