Çirkli və həddindən artıq sıxlıq: Otel müfəttişi bu şəhərə bir də qayıtmayacaq

DÜNYA
20:17 / 07.08.2025
55

"The Hotel Inspector" verilişinin ulduzu Aleks Polizzi Honq Konqu "həddindən artıq sıx məskunlaşmış və çirklənmiş" adlandıraraq bir daha ora qayıtmayacağını bildirib.

HİT.az xəbər verir ki, bunu "Daily Express" qəzeti yazır.

Xəbərdə bildirilir ki, Aleks 2008-ci ildən "Channel 5"də yayımlanan verilişdə daimi iştirakçıdır və müflis olma təhlükəsi ilə üzləşən Britaniya otellərinə bağlanmamaqda kömək etməyə çalışır.

O, üç onillik əvvəl qazandığı mənfi təcrübə səbəbilə heç bir yerə qayıtmaq niyyətində olmadığını etiraf edib. 1990-cı illərdə Asiyaya etdiyi səyahəti xatırlayan Polizzi belə deyib: 

"İyirmi yaşımdan bir az sonra "Mandarin Oriental" otelində üç il təcrübə keçdiyim Honq Konq heç vaxt qayıtmaq istəməyəcəyim bir yerdir. Mən bu regionu həddindən artıq sıx məskunlaşmış, çirkli və çirklənmiş tapdım".

Honq Konqa qarşı sərt qiymətindən asılı olmayaraq, Aleks buranın həddindən artıq zəngin insanlara daha çox uyğun gələcəyini qəbul edib.

"Əgər həqiqətən varlısınızsa, bu yer maraqlıdır, amma kasıb adamlar üçün yox", deyə o əlavə edib.

Maraqlıdır ki, cəmi 430 kvadrat mil (təxminən 1114 km²) ərazidə 7,5 milyon əhali ilə Honq Konq əhalisinin sıxlığına görə dünyada yalnız Makao, Monako və Sinqapurdan sonra dördüncü yeri tutur.

Polizzi 90-cı illərin sonunda o vaxtkı sevgilisi ilə birgə topdansatış çörək istehsalı biznesi açdıqdan sonra otel menecmentinə həsr olunmaq qərarına gəlib. Aleks ən çox televiziya karyerası, xüsusilə də 2008-ci ildə Rut Vatsondan əvəz etdiyi Channel 5-dəki "The Hotel Inspector" verilişinin aparıcısı kimi tanınıb.

O, həmçinin otel biznesi ilə bağlı ən məşhur adlardan biri olan Ser Rokkо Fortenin qardaşı qızıdır. 1996-cı ildə bacısı Olqa Polizzi ilə birlikdə otel imperiyasını quran Ser Rokkо, bütün Avropada 14 dəbdəbəli otelin sahibidir və onları idarə edir.

Samir

0